Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya üç slovak diplomatı ölkədən çıxarır

Rusiya üç diplomatının ölkədən çıxarılmasına cavab olaraq Slovakiyanın Moskvadakı səfirliyinin üç əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Moskva rus diplomatları ilə bağlı Slovakiya tərəfinin hərəkətini “əsassız” sayır və buna qəti etirazını bildirir: “Bratislavanın bu dostyana olmayan addımını ölkələrimiz arasındakı münasibətlərin ənənəvi konstruktiv inkişaf ruhuna zidd olaraq qiymətləndiririk”.

Bəyanatda Rusiya XİN-in bu kimi qərarlarda qarşılıqlı münasibət prinsipini rəhbər tutduğu vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Slovakiya Xarici İşlər Nazirliyi davranışları ilə “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”na zidd olduğu iddia edilən üç Rusiya diplomatının ölkədən çıxarılacağını elan etmişdi.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
Son xəbərlər
Bütün xəbərlər »