Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla mübarizə aparıb maaşından şikayət edən həkimlərə İTS-dən rəsmi cavab

Bizimyol.info redaksiyasına həkimlərimizdən şikayət daxil olub. Müxtəlif xəstəxanalarda koronavirusla mübarizə aparan tibb işçiləri bildiriblər ki, 2 aydır əmək haqqını lazımi qaydada ala bilmirlər.

“Səhiyyə Nazirliyinə, TƏBİB-ə gedirik, şikayətçiləri qəbul etmirlər, səbəb göstərmir. Deyirlər Maliyyə Nazirliyindən deklorasiya göndərməlidir ki, ödənsin. Sumqayıt, Qaradağ, Semaşko və başqa xəstəxanalarda iyun ayında 20 faiz əmək haqqından tutulub,iyul,avqust tamamilə ödənməyib”.

Məsələ ilə bağlı Bizimyol.info olaraq İcbari Tibbi Sığorta Agentliyinə sorğu göndərdik.

Çünki tibb işçilərinin əmək haqqı məsələsinə TƏBİB-də baxılmır. İcbari Tibbi Sığorta Agentliyindən verilən cavabı olduğu kimi həkimlərimizin diqqətinə çatdırırıq:

Agentlik 2 aydır həkimlərin əməkhaqlarına müddətli əlavəni vermir. Maliyyə Nazirliyindən deklorasiya istəyir. Sumqayıt, Qaradağ, Semaşkoda iyunda maaşın 20%-i tutulub, iyul və avqust üçün müddətli əlavə verilməyib. 2020-ci il 18 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən iyul, avqust və sentyabr aylarında da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi barədə qərar verilmişdir. Müddətli əlavənin ödənilməsi ilə bağlı bundan əvvəl verilən müvafiq qərarlar isə mart, aprel, may və iyun aylarını əhatə edirdi. Nazirlər Kabinetinin 2020-ci il 18 avqust tarixli Qərarına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən iyul ayı üzrə 1080 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 1.4 milyon manat məbləğində müddətli əlavə ödənilib. Hazırda iyul ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesi davam edir. Qeyd edək ki, adları qeyd olunan tibb müəssisələrinin (1 saylı Kliniki Tibbi Mərkəz, Sumqayıt şəhər Səhiyyə şöbəsi və s.), eləcə də respublika ərazisində rəsmi əmək müqaviləsi ilə çalışan bütün işçilərin əməkhaqlarından tutulmalar hesablanır. Müddətli əlavə hesablanarkən yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar da aparılır. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart, aprel, may və iyun ayları üzrə iş vaxtına mütənasib olaraq ümumilikdə 58.3 milyon manat məbləğində müddətli əlavə ödənilib. Belə ki, mart ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 24 388 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 13 245 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.1 milyon manat, may ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 11 638 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.3 milyon manat, iyun ayı üzrə isə 14 784 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18.2 milyon manat məbləğində müddətli əlavə ödənilib.

İlhamə Rəsulova

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
Son xəbərlər
Bütün xəbərlər »