Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dava edənlərin işləri araşdırılır

Avqustun 30-da saat 22.23-də Abşeron rayonunun Məmmədli kəndində yaşayan R.Hüseynzadə DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək evinin yaxınlığında bir nəfərin onu döyərək bədən xəsarətləri yetirməsi barədə məlumat vermişdir. Bundan sonra o, “Youtube” kanalında canlı yayım açaraq sifətində qan izləri olduğunu nümayiş etdirərək intihar edəcəyini bildirmişdir.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının ”isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynzadəni yumruqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, yeniyetmə V.Abdullayev müəyyən edilərək Mehdiabad Polis Bölməsinə dəvət edilmişdir.

Araşdırmalarla müəyyən edilmişdir ki, yeniyetmə R.Hüseynzadənin yaşadığı evin qarşısında ünvansız nalayiq ifadələr işlətdiyinə görə R.Hüseynzadə ona irad bildirmiş, bu zaman aralarında yaranmış mübahisə zamanı R.Hüseynzadə onu əli ilə vurmuş, yeniyetmə isə cavabında yumruqla onun burun nahiyəsindən zərbə endirmişdir.

Vətəndaş R.Hüseynzadəyə bədən xəsarəti yetirilməsi faktı üzrə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »