Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Eurovision”da Rusiyanı təmsil etdiyim üçün peşmanam”
eurovision

Rusiyanı 2009-cu ildə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Anastasiya Prixodko “Kanal 4”ə müzakirələrə səbəb olacaq açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, Rusiyanı yarışmada təmsil etdiyi üçün peşman olduğunu bildirib:

“Hələ haqqımda dedi-qodular yayılır ki, mən Rusiyadan olan “konserv bankası”yam. Rus olduğumu düşünürlər, bu, doğru deyil. Keçmişim Rusiya ilə bağlı olduğu üçün kədərliyəm. Krım məsələsindən sonra artıq Rusiya mənim üçün yoxdur”.

Anastasiya həmin dövrdə Rusiyaya məcbur köçdüyünü, bunun səbəbkarının ovaxtkı Ukrayna hökuməti olduğunu vurğulayıb. Sənətçi qeyd edib ki, o zamanlar yarışmanın milli seçim turlarına sabiq Prezident Viktor Yuşenko belə qarışa bilməzdi: “Çünki seçimlər ədalətsiz və rüşvət yolu ilə aparılırdı”.

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir
Son xəbərlər
Bütün xəbərlər »