Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Dövlətin başqa işi-gücü yoxdur ki, taksi qiymətləri ilə məşğuldur?” - Açıqlama

Bu gün dövlət qurumları tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi müzakirə olunub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, taksi xidməti sahəsində çatışmazlıqlar mövcuddur.

Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır.

Bu kimi halların aradan qaldırılması Bakı Nəqliyyat Agentliyi konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi öz əksini tapıb.

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info-ya bildirib ki, Azərbaycanda azsaylı sahələrdən biri taksi xidmətidir ki bu sahədə inhisarçılıq yoxdur.

“2014-cü ildən bəri taksi xidmətinin həm çeşidi artıb, həm də qiymətlər aşağı düşüb. Baxmayaraq ki 2014-ci ildən bəri iki dəfə devalvasiya olub, eləcə də, bu illərdə benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qalxıb, taksi xidmətində qiymətlər ucuzlaşıb.

Çünki bu sahədə rəqabət var. Müxtəlif şirkətlərin bazarda rəqabətli şəkildə iştirak etməsi var. Əlbəttə qiymətlərin belə aşağı olması əhali üçün sərfəlidir”,-deyə N.Cəfərli bildirib.

Ekspertin sözlərinə görə, anlaşılan odur ki dövlət bu sahədə inhisarçı addım atmağa çalışır: “Bu, yalnış yoldur-yalnış istiqamətdir. Rəqabət mühiti olmadan bu sahədə qiymətlərin dövlət tərəfindən tənzimlənməsi absurddur. Dövlətin başqa işi-gücü yoxdur ki, taksi xidmətində qiymətlərin tənzimlənməsi ilə məşğuldur?

Dövlət bu sahədə müəyyən qaydalar tətbiq edə bilər. Bu barədə öncədən məlumat verər ki avtomobillər vaxtlı-vaxtında texniki baxışdan keçsin, əhalinin sağlamlığına zərər verə biləcək avtomobillər dövriyyədə olmasın. Belə qaydalar tətbiq edə bilər, amma tariflərlə bağlı rəqabətli mühitdə belə bir addımın atılması anlaşılmazdır.

Dövlət başçısının bu yaxınlarda iqtisadiyyatın liberallaşması ilə bağlı açıqlaması oldu. Əgər taksi xidmətində tariflərin tənzimlənməsi ilə bağlı qərar olacaqsa, bu prezidentin həmin açıqlamasına daban-dabana ziddir”.

Ramid İbrahimov

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »