Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neyrocərrah: Beyinin dərin qatlarını öyrənən alimlər özləri sirli şəkildə xəstələnirdilər

Akademik, Rusiya Elmlər Akademiyasının Neyrocərrahiyə şöbəsinin rəhbəri, neyrocərrah Arnold Smeyanoviç 47 illik əmək fəaliyyəti zamanı 9000 min insanın “beyninə baxıb”. Əlil olacağı deyilən insanları yenidən aktiv həyata qaytarıb. Artıq 5 ildir onun apardığı ən təhlükəli sayılan 250-dən çox əməliyyat zamanı ölüm faktı qeydə alınmayıb. Arnold Smeyanoviçin bu illərdə gəldiyi tək nəticə budur- Beyin Allahın əsəridir.

Bizimyol.info akademikin müsahibəsini təqdim edir:

- Arnold Fedoroviç, deyirlər insan beyninin 99,9 faizi alimlər üçün hələ də sirrdir.

- Hər əməliyyat zamanı mən qarşımda sirr və bilgilərlə dolu xəzinə görürəm. Beyin istənilən superkomyuterdən daha güclüdür. Prosessorun gücü giqahers və ya teraherslərlə ölçülür, insanda isə yalnız kiloherslər var.Bir neyrondan digərinə siqnal işıq sürətilə deyil, saniyəndə 1400 m sürətlə gedir. Lakin beyin daha sürətlə hərəkət edir.Ən təəccüblüsü də budur ki, şüura bədəndə yer yoxdur , beyin və düşüncələr arasında əlaqə qəribə və dərin sirrdir.Bu sirri yalnız Yaradan bilir.Akademik Natalya Bextereva etiraf edir ki, o və köməkçiləri beyinin dərin qatlarını öyrənməyə başlayanda özləri xəstələniblər və heç bir dərman onlara özlərini yaxşı hiss etməyə kömək etməyib. Lakin tədqiqatlar dayanan kimi alimlər özlərini yaxşı hiss etməyə başlayırdılar.SSRİ dövlət mükafatı laureatı, beyin cərrahı, daha sonralar Tanrının möcüzələri qarşısında dinə yönəlmiş Voyno Yasenitsiy, başqa adla desək, arxiyepiskop Luka insan beynini telefon stansiyası ilə müqayisə edib. Onun sözlərinə görə, beyin özü istehsal etmir, aldığı məlumatları bir yerdən başqa yerə ötürməklə məşğuldur.

Natalya Bextereva da apardığı uzun tədqiatlardan sonra bu qərara gəldi ki, beyin yalnız sadə fikirlər istehsal edir, yaradır.

Dahiyanə nəzəriyyələr, hiptezlər, kəşflər harda yaranır bunu hələ tam olaraq izah edə bilməmişik. Mən də hesab edirəm ki, beyin varlıq içində varlıqdır,7 möhür arxasında gizlənmiş sirrdir.

- Beyinin həcminin zəkaya dəxli varmı?

- Yox, Lui Pasterin (immunologiya və mikrobiologiyanın yaradıcısı) beyni yalnız bir yarımkürədən ibarət idi,Turgenevin beyni 2012 qram, Bayronun beyni 1340 qram idi.Hamısı yaradıcı insanlar olub.Beynin xarici görünüşü onun intellektinə heç bir təsir etmir.40 il öncə mən bir tələbə qızın beynindəki şişi əməliyyatla götürməyə məcbur oldum Əməliyyatdan sonra onun beyninin bir yarımkürəsi demək olar ki, qalmamışdı, şiş məhv etmişdi. Qız isə sağalıb , konservatoriyanı uğurla başa vurdu.Bu gün də yaşayır və çox xoşbəxtdir.

- Görünür ki, beyin ömrümüzün sonuna qədər istifadə edə bilək deyə bizə böyük ehtiyat hissələriylə birgə verilib?

- Beyin bəzilərində tükənməkdən çox, paslanır.İnsanların çoxusunda beyinin 40 faizi sadəcə istirahət edir.Çox insan hər şeyin öz -özünə baş verəcəyini gözləyərək beyni məşq etdirmir, sonra da şikayət edir ki, adi şeyləri unudur.Beyin daima məlumat toplamaq, treninq, məşğuliyyət, gözəllik, həyatın dərk edilməsi kimi çalışmalara ehtiyac duyur.

- Bu qədər illər sonra beyinə baxınca Tanrıya inanırsınız?

- Ürək və beyinin möhtəşəm işinə baxınca hesab edirəm ki, bu öz-özünə təsadüfən yarana bilməzdi, burda mütləq yaradıcı əli var.Şəxsən mənim üçn Tanrı idealdır və insan gündəlik həyatında ona bənzəməyə çalışmalıdır.

- Deyirlər qadınlar daha ağıllı və praktiki zəka sahibidirlər. Sizcə nə üçün qadınlarda əsəb sinirləri yumağı kişilərdəkindən böyükdür?

-Qadın beyninin müxtəlif şöbələrində qan kişilərə nisbətən 15 faiz çox axır.Cinci fərq boz maddənin işinə təsir etmir.Lakin bu məlumdur ki, qadınlar intuisiya ilə bağlı məsələlərdə daha üstündürlər.Qadınların “ ürəyinə damanlar” kişilərin əmin olduqları məsələlərdən daha çox öz təsdiqini tapır.İnsan oğlunun uğur zirvəsinə aparan yolda qadın beyni ilə kişi beyni fərqli metod və yollardan istifadə edir.

- Sizcə ruh hardadır? Beyində ya ürəkdə?

- Məncə ruhunun yeri yoxdur, onun orqanizmdə hansısa bir yerə ehtiyacı yoxdur.Əgər ruh varsa o bütün bədənə haklimdir.

- Beyinin yaddaş qabiliyyəti, özünü bloklama qabiliyyəti varmı?

- -Bəli, beyinin özünümüdafiə,qoruma qabiliyyəti var. O özünü mənfi emosiyalardan qoruyur ki, bütünlükdə işi bloklanmasın.Yaddaşa gəlincə, bu da fərdi xüsusiyyətdir. Aleksandr Makedonski, Napaleon, Suvorov bu sərkərdələr 30 minə qədər əsgərlərinin adlarını əzbər bilirdilər, Sokrat 20 min Afina sakininin hamısını üzdən tanıyırdı.Çarli Çaplin isə 7 il katibəsi olmuş xanımın adını əzbərləyə bilmirdi.

- Yaddaşı necə möhkəmləndirmək olar?

- Yaddaş kitabçası tutmaq , qeydlər aparmaq önəmlidir.Qeydləri balca kağıza yazıb, göz görən yerə asmaq olar.Reburslar həll etmək yaxşı təsir edir. Və ən önəmlisi özünüzlə söhbət edin, bundan utanmayın.Məsələn. sakitcə “mən maşını filan küçədə çinar ağacının yanında saxlamışam”kimi xatırlamalar edin və ya özünüzə əmrlər verin. Saat beşdə filankəslə görüşməliyəm, saat 3-də yuxudan durmalıyam və.s. İnsanın adını xatırlamaq istəyirsinizsə o adı başqa bir şeylə assosasiya edin. Bəzən bu anlamda gülməcələr işə yarayır, Güllü- gül baxçası,Murad- arzum muradım və s.Çoxlu kitab oxumaq beyinin gec qocalmasına səbəb olur.Qidaların da təsiri çoxdur. Çuğundur və kök şirəsi, baş soğan, çörək, pendir, noxud, qarabaşak ,qoz, dəniz məhsulları, meyvə- tərəvəz. Maraqlıdır ki, beyin üçün faydalı olan bütün qidalar ürəyin işinə də yaxşı təsir göstərir.

Tərcümə etdi: İlhamə

Son xəbərlər
Bütün xəbərlər »