Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tixanovskaya BMT Təhlükəsizlik Şurası və AŞPA üzvlərinə müraciət etmək niyyətindədir

Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya 4 sentyabrda BMT Təhlükəsizlik Şurasının və 8 sentyabrda isə Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət etmək niyyətindədir.

“Çıxışları 4 sentyabrda BMT Təhlükəsizlik Şurasının iclasında və 8 sentyabrda Avropa Şurası Parlament Assambleyasında planlaşdırılır. Bütün görüşləində, bütün söhbətlərində və çıxışlarında Svetlana Belarusdakı vəziyyətdən və xalqın tələb etdiyi şeylərdən danışır.  Biz, Lukashenkonun hakimiyyətdən getməsini, siyasi məhbusların və etirazlar zamanı saxlanılanların sərbəst buraxılmasını tələb edirik",- deyə hesabatda bildirilir.

Tixanovskaya müxalifətin hakimiyyətin dinc yolla dəyirdirilməsi üçün Belarus hökuməti ilə dialoq təşkil etməkdə  beynəlxalq təşkilatların vasitəçiliyindən istifadə etməyə hazır olduğunu da bildirib.

Mətbuat xidməti Tixanovskaya istinad edərək: "İqtidar nümayəndələri ilə xalq arasında hakimiyyətin əyişdirilməsi ilə bağlı danışıqlara nail olmaq hüququ Belarus xalqına mənsubdur. Ancaq biz bunu başlamaq üçün beynəlxalq dövətləri və təşkilatların yardımdan da imtina etmirik. Belarus xalqı ölkəsinin yeni liderini seçmək istəyir", -deyə bildirib.

Belarusun beynəlxalq ictimaiyyətdən hansı cür kömək gözlədiyini soruşduqda, Tixanovskaya qeyd edib ki, hər kəsdən Belarusun suverenliyinə hörmət etmələrini, beynəlxalq ictimaiyyətdən bu suverenliyinin qarantı kimi çıxış etmələrini və Belarus xalqının iradəsinə hörmət etmələrini xahiş edirik.

Mətbuat xidməti hazırda Belarusda baş verən siyasi böhrandan çıxış yollarını müzakirə etdiklərini qeyd edib: "Tixanovskaya, Belarusida vətəndaşların səslərinin müdafiəsi üçün keçirilən etirazların dinc olduğunu və böhrandan çıxmanın ən yaxşı yolunun danışıqlar olduğunu vurğulayır.

Eyni zamanda, bir çox ölkənin Belarus iqtisadiyyatının bərpası və inkişafı üçün maliyyə dəstəyi verməyə, ölkədə sərbəst seçkilərin baş tutacağı halda sərmayələrin və yeni texnologiyaların gəlməsinə hazır olduqlarını bildirirlər", -deyə qeyd olunub.

BMT Təhlükəsizlik Şurası və AŞPA üzvlərinin iştirakı ilə keçiriləcək iclasların formatı dəqiqləşdirilməyib.

Qeyd edək ki, ötən həftə ATƏT-in fəaliyyətdə olan sədri, Baş nazir və Albaniyanın xarici işlər naziri Edi Rama Belarusdakı gərgin vəziyyətin bu ölkə xalqı ilə səlahiyyətliləri arasında daxili siyasi dialoq əsasında həll edilməli olduğunu söylədi və bu səbəbdən konstruktiv dialoqun qurulmasında ATƏT-ə yardım təklif etdi. Onun sözlərinə görə, ATƏT bunun üçün lazımi təcrübəyə malikdir. Bundan əlavə, Rama Belarusiya daxili işlərinə xarici müdaxilələrə qarşı xəbərdarlıq etdi.

Bizimyol.info

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »