Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtobus sürücüsü işlədiyini deyən məktəb direktoru ilə bağlı açıqlama

Bakı Nəqliyyat Agentliyi Saatlı rayonunda məktəb direktoru işləyən şəxsin avtobus sürücüsü işləməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Agentliyin mətbuat katibi Mais Ağayev açıqlamasında yayılan məlumatları təkzib edib:

“Sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir. Bildiririk ki, “BakuBus MMC”-də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o bunu sadəcə paylaşım xatirinə edib”.

“BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasında həyata keçirilir. Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlərə cəlb olunurlar. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir” - deyə Mais Ağayev bildirib.

Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »