Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vaz 21074"dən külli miqdarda narkotik vasitə aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar şəhər sakinləri E.Bayramov və M.Güləliyev sonuncunun idarə etdiyi "Vaz 21074" markalı avtomobildə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində saxlanılıblar.

Polis şöbəsində baxış keçirilərkən onların olduğu avtomobildən 391 qram narkotik vasitə heroin, 103 qram psixatrop maddə metamfetamin və 13 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »