Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı metrosunun fəaliyyətə başlayacağı tarix açıqlandı

“Dünənki qərar 15 sentyabra qədərdir. Hər hansı başqa qərar olmasa, 15 sentyabrda metronun fəaliyyəti bərpa ediləcək. Qərar Operativ Qərargahdan asılıdır. İyul ayının 4-dən bu tərəfə gündəlik iş rejimi ilə fəaliyyət davam edir. Dediyiniz məsələ epidemioloji vəziyyətlə bağlıdır”.

Bu fikirləri “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisinin sözlərinə görə, 15 gün sonra Bakı metrosu fəaliyyətini bərpa edəcək.

Metronun bu zamana qədər bağlı olmasına aydınlıq gətirən Bəxtiyar Məmmədov bildirib ki, ventilyasiya sisteminin işləməsi koronavirus infeksiyasına yoluxmanı sürətləndirə bilər. Bu səbəbdən mütəxəssislər metronun bağlı olmasını məqsədəuyğun hesab ediblər.

“Ventilyasiya sistemi bütün dünyada olduğu kimidir. Cüzi avadanlıq fərqi ola bilər. Bunun əsas məqsədi sərnişinləri oksigenlə təmin etmək deyil, tuneli hava kütləsi ilə təmin etmək, içəridə olan hava kütləsini çölə vurmaqdır. Ventilyasiya sisteminin birinci vəzifəsi yanğın təhlükəsizliyi ilə bağlıdır. Ventilyasiya sistemi avadanlıqların qorunmasını, uzunömürlülüyünü təmin edir. Ən sonuncu vəzifə sərnişinlərin oksigenlə təmin edilməsidir”, – deyə Bəxtiyar Məmmədov əlavə edib.

Qeyd edək ki, Bakı metrosu Avropa ölkələrindəki metro sistemi ilə demək olar ki, eynilik təşkil edir. Lakin bir çox ölkələrdə koronavirus infeksiyasına yoluxmaların olmasına baxmayaraq metro nəqliyyatı işlək vəziyyətdədir.(qazet.az)

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »