Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dini mərasim keçirməyə cəhd edənlər həbs edilib

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir neçə şəxsin edilən xəbərdarlıqlara rəğmən “Aşura” mərasimi keçirmək adı ilə məscidə daxil olmaq istədiyini aşkarlayıblar.

Polisin qanuni tələblərinə tabe olmayan və ictimai qaydanı pozmağa cəhd edən həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətilib. Onların Astara rayonunun Ərçivan qəsəbə sakinləri İ.Şükürov və N.Məmmədov, Süparibağ kənd sakinləri V.Mikayılov və Ş.Abdullayev olduqları müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə toplanmış materiallar Astara Rayon Məhkməməsinə göndərilib və məhkəmənin qərarı ilə onlar inzibati qaydada həbs olunublar.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »