Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirliyin 1 milyonluq tenderi ilə bağlı qalmaqal

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 2.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili mərkəzləşmiş şəkildə “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir.

Yol Xəritəsinə uyğun olaraq “Hökumət buludu” layihəsi özündə dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid platformaya inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılmasını və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsini ehtiva edən irihəcmli bir layihədir.

Prezident 18 avqust 2020-ci il tarixdə “Hökumət buludu”na keçidlə bağlı Fərman verib. Bir il bundan öncə də bu layihəyə hazırlıqla bağlı müvafiq Fərman imzalanmışdı. Yeni sənəddə “Bulud”la bağlı işlərə start vermək üçün cəmi bir ay vaxt verilib.

“Hökumət bulud”u layihəsinin mahiyyəti də ondan ibarətdir ki, bütün dövlət qurumlarının informasiya sistemləri və bazaları mərhələli şəkildə Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirlirinin Data Mərkəzinə köçürüləcək. Yəni dövlət qurumlarında artıq Data Mərkəzlərin inkişafı, informasiya resursları üçün serverlərin alınması və onlara dəstəklə bağlı məsələlər adıçəkilən Fərmana görə “Hökumət buludu” çərçivəsində nəzərdə tutulur”.

Osman Gündüz

Bizimyol.info xəbər verir ki bu barədə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, Prezidentin fərmanı dərc ediləndən dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tender keçirərək server avadanlıqlarına, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi üçün “AİSTGroup” MMC şirkətinə 1 milyon 302 min vəsait ödəyib: “Belə olan halda sual yaranır ki, əgər bu tip büdcə xərcləri dövlət orqanlarına ayrılmaqda davam edəcəksə, onda “Hökumət buludu”na nə ehtiyac vardı? Məntiqlə, əgər Prezident fərmanı ilə “Hökumət buludu”na 1 ay vaxt verilibsə, məqəsd də xərclərin optimallaşdırılmasıdırsa, onda paralel olaraq da dövlət qurumalrında bu tip xərclər dayandırılmalıdır. Görünür ki, hələlik belə deyil. Prezidentin fərmanının icrasına nəzarət edənlər ümid edirəm ki, bunun fərqində olacaqlar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Bizimyol.info-ya bildirib ki, DSMF 2018-ci ildən “Hökumət buludu” xidmətlərindən istifadə edir.

DSMF sözçüsü bildirib ki, sözügedən tenderin predmeti mövcud serverlərə, informasiya ehtiyatlarına və sistemlərinə 1 il müddətində texniki xidmətin göstərilməsindən ibarətdir.

Ramid İbrahimov

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »