Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda əkin sahələrindən oğurluq edən şəxs saxlanılıb

Cəlilabad rayonunda kənd təsərrüfatı sahələrini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu faktları törədən şəxsin ifşa olunması istiqamətində Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad rayonunda müxtəlif ərazilərdə ayrı-ayrı şəxslərə məxsus kənd təsərrüfatı sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən rayonun Uzuntəpə kənd sakini R.Mirzəyev saxlanılıb.

Araşdırma zamanı onun ümumilikdə 14 şəxsə məxsus sahədən 16 ədəd su nasosunu oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində həmin qurğuları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və rayonun müxtəlif yerlərində satdığını etiraf edib. Oğurlanan su nasoslarının bir qismi R.Mirzəyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »