Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanda ordunun zəifləməsi qanun dəyişikliyinə səbəb oldu”

Bu günlərdə Ernənistanda "Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Belə ki, dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Aydın Hüseynov Aydın Hüseynov

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Ermənistan bu yolla könüllülərin orduya cəlb olunmasına çalışmaqla işğalçı dəstələrini gücləndirmək fikrindədir: “Ermənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklərin edilməsi orduda nizam-intizamın və döyüş qabiliyyətinin olmadığından irəli gəlir. Paşinyan bu məqsədlə orduya könüllülər adı altında terroristləri gətirmək və özünü siyasi rəqiblərindən qorumaq fikrindədir.

Ermənistan ordusunda məcburiyyət qarşısında xidmət edən əsgərlərin mütəmadi olaraq fərarilik etməsi, bir-birini vurması orduda intizamın olmadığının məntiqi nəticəsidir. Bununla yanaşı gənclərin orduya getməməsi üçün müxtəlif yollarla xarici ölkələrə qaçması Ermənistanın son illər qarşılaşdığı növbəti problemlərdən birinə çevrilib”.

Deputat qeyd edib ki, Ermənistanda müdafiə haqqında qanunda ediləcək dəyişiklər öz-özlüyündə ölkədə ciddi problemlər yaradacaq: “Çünki Paşinyanın ordudan siyasi məqsədlər naminə istifadə etməsi mümkünsüz olacaq. Digər tərəfdən orduda könüllülərin saxlanılması maddi cəhətdən də ağır olacaq. İndiki halda orduya əlavə maliyyə vəsaitinin ayrılması isə Ermənistan büdcəsi ilə tərs mütənasibdir”.

Deputat bildirdi ki, bütün bunlar isə Ermənistan ordusunun getdikcə daha da zəifləyəcəyi və Azərbaycan ordusu qarşısında acız qalacağı ilə nəticələnəcək.

Ramid İbrahimov

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
Son xəbərlər
Bütün xəbərlər »