Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ermənistan xaricdən orduya muzdluların gətirilməsini leqallaşdıracaq - Açıqlama
Tərlan Eyvazov

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ernənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur.

Hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov Bizimyol.info-ya qısa müsahibədə ermənilərin müzakirəyə çıxardığı bu məsələnin səbəb və məqsədləri barədə danışıb.

- Tərlan bəy, Ernənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklərin edilməsi hansı zərurətdən yaranıb? Buna səbəb nədir? Bölgə üçün, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

- Ermənistanda ümumən tarix boyu terror dəstələri olub, hətta onların dövləti yaranmadan öncə də bu millətin belə ənənəsi olub və bu gün öz dedikləri kimi qurduqları “demokratik dövlətdə” də bunun leqallaşdırılmasına ehtiyac var. Ona görə bu qanun qəbul olunur ki,hazırda mövcud olan qanunsuz dəstələrə qanuni don geyindirilsin.

- Ermənistanın demoqrafik problem yaşadığı məlumdur. Belə çıxırmı ki, Ermənistanın ön cəbhəyə çıxartmağa resursu yoxdur?

- Sualın cavabını elə özünüz verirsiniz.

- Paşinyan daxili siyasətdə güc faktorundan daha fəal istifadə etməyə cəhd göstərir. Bunun səbəbi nədir? İctimai dayaqlarını itirdiyini deyə bilərikmi?

- Dünyada, xüsusən Qərbdə demokratk proseslər gedən ölkələrə isti baxıldığını görüb onlar demokratik seçki görüntüsü yaratdılar. Amma bu məlum məsələdir ki, Ermənistan Rusiyanın iqtisadi təsirindən, nəzarətindən çıxmaq gücündə deyil. Ona görə , Paşinyanın demokratik sima maskası yırtılmaqdadır. Çünki, onun verdiyi öhdəliklərin, xalqa verdiyi sözlərin heç birinə əməl edilməyib.Paşinyan öz sələflərindən fərqlənməyərək, güc faktorundan bəhrələnməyə çalışır.

- Yaradılan bu dəstələrə xaricdən muzdluların cəlb olunacağına əminlik var. Eyni zamanda belə bir fikir var ki, Ermənistan ordusu zəifdir və buna görə də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır. Bununla razısınızmı?

- Bu layihə belə məqsəd daşıyır. Bəli, qanun qəbul edilsə, o imkan yaradılacaq ki,xaricdən könüllü olaraq orduya yazılmaq istəyənlər də yazıla bilsinlər. Eyni zamanda qeyri- erməni millətindən olan tutaq ki, Rusiyanın Vaqner kimi özəl hərbi yönümlü təşkilatları da bu qanuna əsasən Ermənistanda hərbi əməliyyatlarda iştirak etmək hüququ qazanacaqlar.

“Ermənistan ordusu zəifdir” demək düzgün olmazdı. Düzdür, silahlanma baxımından Azərbaycan ordusundan geri qalır. Amma zəif orduyla bizim torpaqlarımızı 30 il işğal altında saxladığına görə, ona zəif demək olmaz. Bu gün Ermənistan ordusu Qarabağ torpaqlarını 30 il öz işğalı altında saxladığına görə, öz xalqı tərəfindən sevilir. Bunu açıq etiraf etmək lazımdır.

- Ermənistan hakimiyyətinin orduya nəzarət edə bilməməsi, ona görə də ona etibar etməməsi faktoru da varmı? Eyni zamanda Paşinyanın öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışdığını deçək olarmı?

- Paşinyan bu gün silahlı qüvvələrin güclənməsinə ehtiyac var adı altında büdcənin böyük bir hissəsinin ordu xərsclərinə sərf edilməsinə xalqın etiraz etməyəcəyini bilir. Türk qoşunlarının Azərbaycanla genişmiqyaslı hərbi təlimlər keçirməsini də gözə alıblar. Yəqin bunu da hesaba qatıblar ki, Azərbaycan Türkiyənin köməyi ilə Qarabağ uğrunda savaşa girsə, qarşımızı ala bilməyəcəklər. Yəni Türkiyə tərəfi son dəfə çox qəti şəkildə hər bir addımda yanımızda olacağını bəyan etdi. Azərbaycanın başlada biləcəyi müharibənin qarşısını almaq üçün də bu tədbirlər görülür. Söz yox ki, onlar bizə bu döyşüdə qalib gələ bilməzlər. Amma, əsas hədəf odur ki , ən azından müdafiə olunub, uzun müddət bu vəziyyəti davam etdirə bilsinlər və beynəlxalq aləmin diqqətini çəkə bilmək üçün zaman qazansınlar.

İlhamə Rəsulova

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir
Son xəbərlər
Bütün xəbərlər »