Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz futbolçu Barselonanı tərk etməyə hazırlaşır

“Barselona”da yeni era başlayır. Baş məşqçi postuna Ronald Kuman gəlib. Klubun lideri Lionel Messinin növbəti mövsümdə burada oynamayacağı da, demək olar, dəqiqləşib.

Bizimyol.info xəbər verir ki, Luis Suares də “Barselona”dan gedir.

Luis Suarez | Foto: PA Wire

Kataloniya klubu 33 yaşlı futbolçu ilə müqavilə şərtlərini yaxşılaşdırmaq istəmir. Razılaşmasının müəddəti gələn ilin yayında bitən uruqvaylı futbolçu bunu nəzərə alaraq getmək qərarı verməyə meyllidir. Üstəlik, Messi də gedir. Kuman isə ilk gündən böyük kadr dəyişikliyinin anonsunu verib.

Ronald Kuman Ronald Kuman | Foto: Sky Sports

“Goal”un məlumatına görə, “Barselona”ya indi Suareslə müqaviləni pozmaqda sərf etmir. Çünki razılaşmada xüsusi bənd əksini tapıb. Həmin bəndə görə, müqavilə pozularsa, “Barselona” Suaresə 15 milyon avro ödəməlidir.

Uruqvaylı futbolçu böyük ehtimalla karyerasını uzaq ölkələrdə davam etdirəcək. Onunla ABŞ-ın “İnter Mayami” və “Qətər”in “Əl-Ərəbi” klubları maraqlanır.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
››› Kamil Zeynallı: “Hikmət Hacıyev mənə yaxınlaşıb, dedi ki...”
››› Azərbaycanlıların evlərini zəbt edənlər Ermənistanda qaçqın statusu ala bilmir
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
Son xəbərlər
Bütün xəbərlər »