Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putindən Belarusdakı seçkilərlə bağlı açıqlama

Rusiya Belarusda keçirilən Prezident seçkilərinin legitimliyini tanıyır.

"Qafqazinfo" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

Rusiya lideri müsahibəsində, Belarusun ATƏT / DTİHB-ni seçkiləri müşahidə etməyə dəvət etdiyini, lakin onların gəlmədiyini xatırladıb. Dövlət başçısına görə, bu yanaşma "əslində seçkilərin nəticələri ilə bağlı bir mövqenin öncədən hazırlandığını" göstərir.

"Buna görə kimsə nəticələrdən şübhələnə bilər, amma şübhə edənlərin tamamilə dürüst olduqlarına inanmamaq üçün hər cür səbəbim var. Buna görə də biz seçkiləri baş tutmuş sayırıq. Biz seçkilərin legitimliyini tanıyırıq. Bildiyiniz kimi, Aleksander Lukaşenkonu bu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim",-deyə Putin qeyd edib.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »