Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN İsveçdə Quranın yandırılması təxribatına sərt mövqe bildirib

Türkiyə Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılması təxribatına sərt mövqe bildirib.

APA-nın xəbərinə görə, nazirlik Danimarkadan İsveçin Malmö şəhərinə gələn İslam düşməni, irqçi bir “siyasətçi” ilə tərəfdarlarının “Qurani-Kərim”ə qarşı çirkin davranışları şiddətlə qınadığını bildirib: “Sözügedən davranışlar birgə yaşayışa və Avropa dəyərlərinə də vurulan zərbədir. Avropada yaşayan müsəlmanların son vaxtlar gündəlik həyatlarında sistemli şəkildə ayrı-seçkilik, irqçilik və İslam əleyhinə təzyiqlərlə üzləşirlər. Müqəddəs kitabımız olan “Qurani-Kərim”ə qarşı sərgilənən belə təhqiramiz hərəkətlər buna bariz nümunədir”.

XİN-in mövqeyində daha sonra bildirilib ki, İsveç səlahiyyətliləri Qurana qarşı təxribat yaradan və qondarma siyasətçinin ölkəyə girişinə qadağa qoyan nümayişə icazə verməsələr də, avqustun 28-də ifrat sağçı partiyanın üzvləri təxribatçı hərəkətlərə əl atıblar: “İsveç hakimiyyətinin icazəsiz nümayişdə Qurana hörmətsizlik edənləri həbs etməsi düzgün addımdır. İsveç səlahiyyətlilərini gələcəkdə bu ölkədəki müsəlmanlara hörmətsizlik edənlərə qarşı lazımi tədbirlər görməyə dəvət edirik”.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
››› Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »