Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə mətbuatı: Rusiya Ermənistan vasitəsilə Qafqazda itirdiyi nüfuzunu bərpa etməyə çalışır

Türkiyə mətbuatı Rusiyanın Ermənistanı silahlandırması və Azərbaycana qarşı apardığı təhdidçi davranışı ilə bağlı məlumat verib.

Bizimyol.info xəbər verir ki, "HaberGlobal"ın verdiyi məlumatda Rusiyanın Cənubi Qafqazda maraqlarını Ermənistan sayəsində gerçəkləşdirməkdə davam etdiyi bildirilir.

"Cənubi Qafqaz dünyanın qaynar nöqtələrindən olan geopolitik məkandır. Ermənistanın son hərbi müdaxilələri yeni hadisələrin yaranmasının başlanğıcı kimi dəyərləndirilə bilər. Buna qarşılıq olaraq Türkiyə Azərbaycanın yanında yer aldı və bölgədə hərbi kontingentini artırmaqla Rusiya ilə bir NAO dövlətinin qarşı-qarşıya gəlməsi regionda güc nisbətinin dəyişməsinə səbəb oldu. Əslində, hazırki vəziyyət Rusiyanı narahat edib. Rusiya son hadisələrdə Ermənistanın beynəlxalq nüfuzunun tamimilə sarsılmasından rahatsız olub və vəziyyəti yenidən öz xeyrinə dəyişmək istəyir. Rusiya bir tərəfdən Ermənistanı silahlandırır,digər yandan da Azərbaycanla diplomatik münasibətləri qaydaya salmağa çalışır. Lakin Azərbaycan bu vəziyyətlə barışmaq niyyətində deyil və bunu dövlət başçılarının telefon danışıqlarında Prezident İlham Əliyev Rusiya prezidentinə açıq şəkildə bildirib. Rəsmi Bakı münanasibətlərin aydınlaşdırılmasını istəyir".

"HaberGlobal" bildirir ki, xarici işlər nazirlərinin də münasibətlərdə ilıqlıq yarada bilməməsinin ardınca  Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya gəldi və ölkəsinin Ermənistana silah satması ilə bağlı deyilənləri təkzib etdi. Hərbi nazir İrəvana uçan təyyarələrin Erməistana tikinti materialları daşıdığını bildirib. Amma bu açıqlaması ilə rəsmi Bakını inandıra bilməyən Şoyqunun səfəri o qədər də uğurlu olmayıb.

Xəbər agentliyi Rusiyanın Ermənistanı silahlandıraraq münaqişəni yenidən başlamaq hədəsinə qarşı Azərbaycan-Türkiyə birliyin göstərib. Türkiyənin bütün gücü ilə Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »