Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Hazırda Azərbaycanda aktiv koronavirus (COVID-19) xəstələrinin sayı 2 069-dur.

TƏBİB-dən verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 140, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 16-dır.

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, ötən müddət ərzində isə ümumilikdə 910 890 test aparılıb.(apa)

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »