Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qobustan həbsxanasında məhkumlarda və əməkdaşlarda koronavirus aşkarlanıb

Aparılmış testlər nəticəsində 29 avqustda 188 nəfər yeni yoluxma halı qeydə alınmaqla ölkə üzrə koronovirusla yoluxma sayında müəyyən dərəcədə artım müşahidə olunub. Artımın səbəbləri araşdırılıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında və “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində yoluxma ocaqları müəyyən edilib.

Bizimyol.info xəbərə verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından verilən məlumata görə, aparılmış müayinələr nəticəsində Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasının 2 əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Dərhal həmin əməkdaşların təmasda olduqları həbsxana heyəti və məhkumlar təcrid olunub və onlar COVID-19 müayinəsindən keçirilib. Nəticədə 5 nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum olmaqla 24 nəfərdə COVID-19 müayinələrinin nəticələri pozitiv çıxıb. Virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur.

Hazırda Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq edilmiş və virusun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Növbəti yoluxma mənbəyi “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində müəyyən olunub. Şirkətin əməkdaşlarından götürülmüş test nümunələrinin 20-nin nəticələri pozitiv olub.

Hazırda həmin müəssisədə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
››› Kamil Zeynallı: “Hikmət Hacıyev mənə yaxınlaşıb, dedi ki...”
››› Azərbaycanlıların evlərini zəbt edənlər Ermənistanda qaçqın statusu ala bilmir
››› İlin 365 günü işləyən diplomlu “fəhlə”lər…
Son xəbərlər
Bütün xəbərlər »