Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin qaydalarını pozan "pub"da 31 nəfər cərimələnib - Video

Nizami rayonunda karantin qaydalarını pozaraq qapalı zalları və kabinetləri fəaliyyət göstərən "pub" aşkar edilib, 31 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xdmətindən verilən məlumata görə, paytaxt ərazisində karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Nəticədə Nizami rayonu Məmmədəli Şərifli 84 B ünvanında "Bosman Pub" adı altında xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən və sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan obyekt aşkar edilib.

Həmin məkana baxış zamanı orada müştəri və xidməti personalla bərabər ümumilikdə 31 nəfərin xüsusi karantin qaydalarını pozduqları məlum olub.

Həmçinin baxış zamanı obyektdə olan müştərilərin heç birinin sosial məsafə gözləmədiyi eləcə də tənəffüs yollarını qoruyan xüsusi tibbi maskalardan istifadə etmədikləri məlum olub. Obyekti icarə əsasında işlədən Bakı şəhər sakini Babək Qaçayev və digərləri saxlanılaraq polis idarəsinə gətiriliblər.

Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub və onlar inzibati məsuliyyətinə cəlb olunublar.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› DİN fəala ermənilərlə mesajlaşmasına görə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »