Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hüseyn Cavid” gəmisi təmir olunaraq istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus Xəzərdənkənar sularda istismar olunan “Hüseyn Cavid” universal quru yük gəmisi təmir olunub.

Bizimyol.info xəbər verir ki, ASCO-dan verilən məlumata görə, QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmiri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib.

Zavodda gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. Həmçinin heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana və kayutlarda lazımi təmir işləri aparılıb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək üçqat boya ilə rənglənib. Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.

Bu gün “Hüseyn Cavid” gəmisi təmirdən sonra xarici sulara doğru ilk səfərinə yollanacaq. Gəmi Türkmənistanın Bektaş limanından yük götürərək Türkiyəyə yola düşəcək.

Qeyd edək ki, “Hüseyn Cavid” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »