Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Livan ermənilərinin Ermənistana axını: həftədə iki reys həyata keçirilir

Beyrutda baş vermiş partlayışdan sonra bu günə qədər Ermənistana 800-dən çox Livan ermənisi gəlib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda diaspor işləri üzrə baş komissar Zare Sinanyan Yerevanda jurnalistlərə bildirib.

“Bu axın davam edir, hazırda bizdə həftədə iki dəfə Livandan Ermənistana reys həyata keçirilir. Bütün təyyarələr dolu gəlir”,-o deyib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış şəhərdə böyük dağıntılara səbəb olub. Erməni daşnak qruplaşmaları bu hadisəni fürsət bilərək Livan ermənilərini Qarabağa, Azərbaycanın işğal edilmiş torpaqlarına yerləşdirmək planını həyata keçirməyə başlayıb. Ermənistana köçürülən livanlı ermənilərdən iki ailənin artıq Şuşada yerləşdirildiyi məlumdur. Qondarma “dqr prezidenti” Araik Arutyunyan Qarabağda qısa zamanda 150 livanlı erməni ailəsini yerləşdirməyə hazır olduqlarını bildirib.

Rəsmi Bakı Ermənistanın və dünya erməniliyinin livanlı erməniləri Qarabağda yerləşdirmək planlarına görə həmsədr dövlətlərdən, ATƏT-dən adekvat reaksiya gözləyir.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
››› Paşinyanın arvadı döyüşə gedir
Son xəbərlər
Bütün xəbərlər »