Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saxta spirtli içkilər satan şəxslər saxlanılıblar

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə avqustun 20-də Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində işçinin Bakı şəhər sakini A.Əhmədovu aldadaraq kustar üsulla hazırlanmış 550 manat dəyərində keyfiyyətsiz spirtli içkilər satması barədə müraciət daxil olub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Zairov, Sumqayıt şəhər sakinləri Ş.Hüseynov, V.Ağababayev, Z.Fərəcov və Gəncə şəhər sakini Z.Əsədov keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə cinayət işi başlanıb.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »