Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB-dən "təkrar yoluxma" barədə anlaşılmaz açıqlama

“Müxtəlif ölkələrdə koronavirusa təkrar yoluxma halları var”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib.

A.Qurbanov deyib ki, birinci mərhələdə yüngül keçirənlərin ikinci mərhələdə daha ağır, ağır keçirənlərin daha yüngül keçirməsi barədə məlumatlar daxil olur: “Ona görə də xəstəliyi necə keçirməsindən asılı olmayaraq, insanlar maska, sosial məsafə və gigiyenik təmizliyə diqqət yetirməlidir. Qorunma tədbiri həm xəsəliyi keçirənlərə, həm də keçirməyənlərə aiddir”.

TƏBİB təmsilçisi "məlumatların daxil olduğunu" desə də, konkret hansı məlumatların daxil olduğunu açıqlamayıb. Məsələ ondadır ki, bu vaxta qədər təkrar yoluxma ilə bağlı yalnız 4 hal aşkarlanıb. Biri Honkonqda, 2-si Avropada və biri də ABŞ-da. TƏBİB-in cəmi 4 hal əsasında tendensiyalar aşkarlaması kifayət qədər qəribə görünür. Hətta bu halları aşkarlayan ölkələrin alimləri də təkrar yoluxmalarda hər hansı tendensiya aşkarlaya bilməyiblər.

Təkrar yoluxmalarla bağlı TƏBİB-in başqa ölkələrin qurumları ilə müqayisədə daha çox məlumatlı olması da anlaşılmaz məqamdır.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »