Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaşinqtonda irqçilik əleyhinə yürüş keçirilib

Minlərlə amerikalı ABŞ paytaxtının mərkəzi bulvarında yerləşən Birləşmiş Ştatların 16-cı prezidenti Avraam Linkolnun (1809-1865) abidəsi önündə nümayişə toplaşıb. Nümayiş qaradərili hüquq müdafiəçisi, “Nobel” sülh mükafatı laureatı Martin Lüter Kinqin (1929-1968) Vaşinqtona yürüşünün 57-ci ildönümünə həsr olunub.

Etiraz aksiyası fəalların bir vaxtlar Martin Lüter Kinqin nitq söylədiyi pilləkənlərdə çıxışı ilə başlayıb. Bundan sonra aksiya iştirakçıları qaradərili hüquq müdafiəçisinin yaxınlıqda yerləşən abidəsinə yürüş ediblər.

Yürüş “Dizini boynumun üstündən çək!” şüarı altında keçirilib. Bu, may ayında Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd polis tərəfindən qətlə yetirilməsinə işarədir.

O zaman bütün ölkə ərazisində “Qaradərili insanların həyatı da əhəmiyyətlidir” şüarı ilə kütləvi etiraz aksiyaları və onları müşayiət edən iğtişaşlar başlamışdı. Nəticədə Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq edilmişdi.

Polis zorakılığı ilə bağlı sonuncu qalmaqallı vəziyyət isə Viskonsin ştatının Kenoşa şəhərində qeydə alınıb. Avqustun 23-də şəhər polisi mübahisə edən qadınları sakitləşdirməyə çalışan qaradərili Ceykob Bleykə qarşı elektroşokerdən istifadə edib, sonra isə ona arxadan atəş açıb. Hazırda yaralanan şəxsin vəziyyəti ağırdır. Viskonsin ştatının Baş prokurorluğu insidentlə bağlı təhqiqat aparır.

Hadisədən sonra Kenoşa şəhərində iğtişaşlar, yanğınlar və dağıntılarla müşayiət olunan kütləvi etiraz aksiyaları başlayıb. Şəhərdə komendant saatı tətbiq edilib.(azərtac)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »