Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəcəfdə təhsil alan tələbələrin hamısı ailələri ilə birlikdə Azərbaycana gətirilib

İraqın Nəcəf şəhərində təhsil alan 40 tələbə və onların ailələri uğurla təxlıiyə edilərək Azərbaycana gətirilib.

Bu açıqlamanı Bizimyol.info-ya Milli Məclisin Azərbaycan -İraq parlamentlərarası dostluq qrupunun rəhbəri İlham Məmmədov verib.

Ilham Məmmədov Ilham Məmmədov

“Pandemiya hələ də dünyada öz tüğyanını davam etdirir. Bəzi ölkələr karantin tədbirlərində nisbi yumşalmalara getsələr də sərt karantin qaydalarına əməl edən ölkələr də çoxdur.Yəni pandemiyanın nseyrindən asılı olaraq adekvat addımlar atılır. Biz hələ ki, pandemiyanın diktəsində yaşayırıq. Azərbaycan timsalında qeyd etmək istəyirəm , bizim ölkədə 6 aydır karantin rejimi davam edir. Bu zaman kəsiyində ölkə rəhbəri ilk diqqəti insanların sağlamlığına yönəltdi. Ölkə daxilində pandemiyaya qarşı mübarizə nümunəvi şəkildə təşkil edildi, nə lazımdırsa edildi.Xüsusilə qeyd etmək istəyirəm ki, qloballaşan dünyada ölkəmizin vətəndaşları bir çox dövlətlərin ərazisində müxtəlif səbəblərlə səyahətdə olublar və pandemiyanın elan edilməsilə onlar sərhədlərin o tayında qalmalı oldular . Bu müddət ərzində dövlət xaricdə qalan vətəndaşlarımızın ölkəyə gətirilməsi üçün də tədbirlər gördü, bunun üçün önəmli addımlar atıldı. Bu prosses mərhələli şəkildə həyata keçirildi.

Azərbaycan prezidenti bu çətin günlərdə ölkədən kənarda olan hər bir vətəndaşa qayğı göstərdi, heç kimin diqqətdən kənarda qalmamasına çalışdı.Bu insanların sayı ümumilikdə minlərlədir.

Bu günlərdə ölkəmizə İraqdan 90 nəfər təxliyə edilib.

Onların 40 nəfəri İraqın Nəcəf şəhərində təhsil alan şəxslərdir, qalanları onların ailə üzvləridir.Ümumilikdə 90 nəfərdirlər. Azərbaycanın İraqdakı müvəqqəti işləri vəkili Nəsir Məmmədov  Nəsir Məmmədov qeyd edib ki, orda yaşayan soydaşlarımız bu çətin günləırdə daima Azərbaycan tərəfinin diqqət və qayğısını hiss ediblər və səfirlik vasitəsilə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etdilər.Onlar üçün təyyarə göndərildi və onlar vətənə döndülər, gəldikdən sonra müvafiq karantin xəstəxanalarına yerləşdiriliblər.Bu gün onların hamsıı sağlam şəkildə evlərinə buraxılıblar.Azərbaycan bizim ümumi evimizdir, dünyanın harasında olmasından asılı olmayaraq, ölkə rəhbərliyi soydaşlarımıza diqqət və qayğısını əsirgəməyəcəyini bildirib və bunu sözlə yox,əməllə nümayiş etdirib”,- deyə deputat qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »