Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Məxfi Xidmətinin onlarla əməkdaşı koronavirusa yoluxdu

"Washington Post" qəzetinin yazdığına görə, ABŞ Məxfi Xidmətinin onlarla əməkdaşı koronavirusa yoluxub.

Məlumata əsasən, bu yoluxmalar Prezident Donald Tramp və vitse-prezident Maykl Pensin ölkədaxili səfərləri zamanı qeydə alınıb.

Qeyd olunur ki, yoluxmaların böyük əksəriyyəti son iki ay ərzində olub. D.Trampın Florida ştatına son səfərlərindən birində Məxfi Xidmətin beş əməkdaşını dəyişmək lazım gəlib. Belə ki, əməkdaşlardan birinin koronavirus testi müsbət nəticələnib. Digər dördü isə onunla sıx təmasda olduğu üçün karantinə alınıb.

ABŞ Məxfi Xidməti yoluxan əməkdaşların dəqiq sayını açıqlamayıb.(Trend)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »