Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Baydeni ölkə tarixində demokratların ən pis namizədi adlandırıb

ABŞ Prezidenti Donald Tramp seçkilərdə rəqibi Cozef Baydeni ölkə tarixində Demokrat Partiyasının prezidentliyə ən pis namizədi adlandırıb.

Bu barədə D. Tramp Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxışında bildirib.

“Düşünürəm ki, mən Demokrat Partiyasının nə zamansa irəli sürdüyü ən pis namizədlə seçkilərə getmək şərəfinə nail olmuşam”, - deyə o qeyd edib.

D. Tramp əmin olduğunu bildirib ki, demokratların seçkiqabağı yarışında iştirak etmiş, Vermont ştatından olan senator Berni Sandersin tərəfdarları da ona səs verəcək.

“Berni Sandersin bir çox tərəfdarı mənə səs verəcək. Çünki mənim ticarət siyasətim onların xoşuna gəlir”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, özünü sosial demokrat adlandıran B. Sanders aprelin 8-də seçki yarışından çəkilərək, rəqibi C. Baydeni dəstəklədiyini bəyan edib. C. Bayden isə artıq demokratların prezidentliyə rəsmi namizədidir.

ABŞ-da növbəti Prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Prezident və vitse-prezident, Konqresin Nümayəndələr Palatasının 435 üzvünün hamısı və Senatın 1/3-i, 13 ştatın və ərazinin qubernatoru seçiləcək.

Hazırkı Prezident, Respublikaçılar Partiyasının namizədi D. Trampın rəqibi Demokrat Partiyasının namizədi C. Bayden olacaq.(apa)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »