Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da bir şəxsin ikinci dəfə koronavirusa yoluxması təsdiqlənib

ABŞ-ın Nevada ştatında yeni növ koronavirusa təkrar yoluxma qeydə alınıb. Belə ki, əvvəllər bu virusa yoluxub sağalan şəxsin ikinci dəfə virusa yoluxması təsdiqini tapıb.

Bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Bu, dünyada qeydə alınmış 4-cü belə bir haldır. Təkrar yoluxma hallarından 1-i Honkonqda, ikisi Avropada qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, hesabata əsasən, 25 yaşlı Nevada sakini apreldə virusa yoluxub və xəstəliyi yüngül simptomlarla keçirib. May ayının axırların həmin şəxs yenidən virusa yoluxub və xəstəlik daha ağır simptomlarla müşayiət olunub.

ABŞ tədqiqatçıları bildiriblər ki, onlar dəqiq testlər keçiriblər və həmin şəxsin virusun başqa bir ştammına yoluxduğu təsdiqlənib. Bununla belə, təkrar yoluxmanın nə dərəcədə kütləvi olması barədə fikir yürütmək çətindir. Qeydə alınmış təkrar yoluxma halları hələlik immunitetin gücü və vaksinlərin effektli olub-olmayacağı barədə fikir yürütmək üçün yetərli deyil.

Ümumiyyətlə, epizodik olaraq təkrar yoluxmalar normal sayılır. "Tədqiqat təkrar yoluxma ilə bağlı dəqiq faktı ortaya qoyur. Ümumiyyətlə, təkrar yoluxmalar mümkündür, biz bunu əvvəldən də bilirdik. İmmunitet heç vaxt 100 faizlik olmur",- deyə immunologiya və mikrobiologiya üzrə professor Kristian Anderson bildirib.

Son xəbərlər
Bütün xəbərlər »