Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə Şərqi Aralıq dənizindən danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon söhbəti olub.

APA-nın verdiyi xəbərə görə, telefon söhbətində Şərqi Aralıq dənizilə bağlı son hadisələr müzakirə olunub.

R.T.Ərdoğan Türkiyənin mənafeyinin hər yerdə və hər zaman sonadək qorunacağını vurğulayıb. Prezident bildirib ki, Şərqi Aralıq Dənizi məsələsində Türkiyə bütün ölkələrin qazanacağı ədalətli həll yolunun və sağlam dialoqun tərəfdarıdır.

R.T.Ərdoğan Y.Stoltenberqə deyib ki, beynəlxalq hüquqa zidd və regional sülhə zərər verən birtərəfli mövqelərə qarşı NATO-nun üzərinə düşən vəzifənin yerinə yetirilməsini gözləyir.

Y.Stoltenberq isə qeyd edib ki, Şərqi Aralıq Dənizi məsəsləsi NATO-nun həmrəylik ruhunda həll edilməlidir.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şərqi Aralıq dənizindəki vəziyyət, insidentlərin və qəzaların qarşısını almaq üçün münaqişələrin həlli mexanizmlərinin araşdırılması barədə danışdım. Dialoq və de-eskalasiya vacibdir. Bu situasiya NATO-nun həmrəylik ruhunda həll edilməlidir", - deyə NATO-nun Baş katibi vurğulayıb.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› BMT bəşəriyyətin nüvə silahı ilə məhv olma riski haqqında xəbərdarlıq edib
Son xəbərlər
Bütün xəbərlər »