Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM məlumat yaydı

Abituriyentlər və subbakalavrlar 28 avqust tarixindən başlayaraq ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək qabiliyyət imtahanlarında iştirak üçün bütün komissiyalar üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqə”lərini çap edə bilərlər.

Bizimyol.info xəbər verir ki, abituriyentin 10,11və12-ci komissiyaların hər hansı biri üzrə rəsm imtahanından aldığı müsbət qiymət digər iki komissiyaların və 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Abituriyentin 10 və11-ci komissiyaların hər hansı biri üzrə rəngkarlıq imtahanından aldığı müsbət qiymət digər komissiyanın və 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Abituriyentin 14-cü komissiyanın rəsm imtahanından aldığı müsbət qiymət 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiz.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »