Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertdən açıqlama: “Karantin rejimi dövründə təhsil haqlarının artırılması doğru yanaşma olmaz”

“Təhsil xərclərində qiymət artımı baş verib”.

Bunu Bizimyol.info-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib.

Elçin Əfəndi Elçin Əfəndi

Ekspert qeyd edib ki, təhsil xərcləri ödənişli əsaslarla təhsil alanlara aid deyil, dövlət sifarişi ilə oxuyan tələbələr üçün dövlət büdəcəsindən ayrılan vəsaitdir: “Məsələn, Bakı Dövlət Universitetinin hüquq ixtisası üzrə qiyabi təhsil alan şəxslər üçün təhsil ödənişi 300 manat artıb. Belə ki, keçən il 3200 manat olan təhsil ödənişi 2020/2021-ci tədris ilində 3500 manat olacaq.

Bu vəsait də ödənişsiz təhsil alan tələbələr üçün dövlət büdcəsindən dövlət ali təhsil müəssisələrinə ayrılır”.

E.Əfəndinin sözlərinə görə, təhsil haqqının artırılması ilə bağlı hələ ki informasiya yoxdur: “Bu barədə informasiya ilə biz Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 4-cü nömrəsində tanış olacağıq.

Hazırkı vəziyyətdə təhsil haqqının artması gözlənilməz addım olar. Çünki karantin rejimi dövründə təhsil haqlarının artırılması doğru yanaşma olmaz. Təhsil müəssisələri valideynləri və tələbələri düşünərək qərar verməlidirlər”.

Ramid İbrahimov

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »