Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şamaxıda evə girən oğru yaşlı ər-arvadı amansızcasına döyüb - Foto

Şamaxıda gecə vaxtı evə girən oğru 80 yaşlı kişini və 72 yaşlı arvadı döyüb.

Bu barədə Trend-ə zərərçəkmiş şəxs Zərifə Niyazovanın bacısı Xədicə xanım bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl gecə vaxtı evə girən oğru maskalı olub və evdə pul tapmayanda ərlə arvadı hasa ilə döyüb:

Zərifə Niyazova - Şamaxı

"Hadisə avqust ayının 23-ü gecə saat 02 radələrində Şamaxı şəhərində yerləşən Hüseyn Ciddi küçəsi evi 11-də baş verib. Evdə həmin vaxt bacım Zərifə Niyazova və əri Polad Niyazov olub. Oğru evə girdiyi zaman hər iki şəxs yatmış vəziyyətdə olublar, ancaq səsdən ilk Polad oyanıb. İlk öncə elə bilib ki, xanımıdır şkafda nəsə axtarır ancaq səs etdikdən sonra oğru üzünü çevirib və maskada olduğunu görüb. Kişi kimsən nə istəyirsən deyəndə oğru hücum edib ona və əlində ola hasa ilə üz gözünə vurub, burununu sındırıb. Bu zaman səsdən bacım da oyanıb və şokdan yerindən belə qalx bilməyib qışqırmağa başlayıb. Oğru kişini huşuz hala saldıqdan sonra keçib bacımı döyməyə və sonra bıcağı boğazına diriyərək pul istəyib".

Z. Niyazovanın bacısı qeyd edir ki, ailənin bu yaxınlarda oğlu rəhmətə gedib və evin sonuncu pulunu rəhmətə gedən şəxsin baş daşına veriblər və bu barədə oğruya da bildiriblər:

"Oğruya evdə pul yoxdu dedikdə o daha da əsəbləşib və qadını yumruqlamağa başlayıb. Elə bu zaman bacım oğrunun üzündə olan qara maskanı tartıb çıxarıb, ancaq ev qaranlıq olduğundan oğrunun kimliyini dəqiqləşdirə bilməyib. Üzünün görünməyini istəməyən oğru qadını da yuşsuz hala salaraq evdən qaçıb".

Əlavə edək ki, hadisədən dərhal sonra zərərçəkmiş şəxslər polisə müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
››› ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib
Son xəbərlər
Bütün xəbərlər »