Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT Belarusda milli dialoqa vasitəçi olmağı təklif edib

"İrəliləmək üçün qarşılıqlı anlaşma və əməkdaşlıq tələb olunacaq".

APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Rama bu gün Vyanada ATƏT-in Daimi Şurasının Belarusdakı vəziyyətlə bağlı xüsusi iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Belarusun bu vəziyyətdən çıxması üçün ATƏT-in vacib olan dialoqda vasitəçi olmasını təklif edir: "Biz həqiqətən ümid edirik ki, Belarus hökuməti bu təklifə müsbət cavab verəcək. Bu təklifin işləməsi üçün mümkün olan hər şeyə -dinləməyə, anlamağa və dəstəkləməyə hazıram.

ATƏT faydalı prosesə əlverişli mühit yaratmaq üçün yorulmadan və səbrlə çalışacaq, ancaq milli insan hüquqlarının vəziyyətində dərhal və əhəmiyyətli yaxşılaşma olmalıdır. Bu, gələcəkdə deyil, hazırda - 'əgərlər və ya lakinlər' olmadan həyata keçirilməlidir. Əgər bir tərəf plüralist cəmiyyətin mahiyyətini ləğv etməkdə istəkli görünərsə, inandırıcı bir dialoq prosesinin ola biləcəyinə ümid etmək doğru olmaz".

Edi Rama vurğulayıb ki, ATƏT təzyiq etməyəcək, tərəf tutmayacaq və Belarusun daxili işlərinə qarışmayacaq: "Məsələ Minskdə, Belarus xalqının arasında onların suverenliyinə, müstəqilliyinə və insan haqlarına tam hörmətlə həll olunmalıdır. ATƏT təklifi könüllü və xoş niyyətlə edir. Belarus hökumətindən xahiş edirəm, bu təklifə şans verin. Belarusun qarşıdurma və çəkişmədən dialoqa və barışığa keçməsi üçün bu fürsətdən istifadə edin. Bütün ATƏT üzvlərinə müraciət edirəm: Bunun çətin olacağını bilsək də, gəlin bunu etməyə çalışaq. Belarus kişilərinin, qadınlarının, uşaqlarının zorakılıq yolu ilə deyil, dialoq yolu ilə öz gələcəklərini təyin edə bilmələri üçün səslərini eşitməyə borcluyuq".

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »