Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Videosu yayılan təcili tibbi yardım avtomobili ilə bağlı açıqlama

Bu gün sosial şəbəkələrdə paylaşılan İsmayıllı rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım avtomobilinin videogörüntüsü müzakirələrə səbəb olub.

Bizimyol.info xəbər verir ki, videogörüntüdə təcili tibbi yardım avtomobilinin salonunda təchizatın aşağı səviyyədə olması, xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi və reanimasiya tədbirlərinin icra olunması üçün şəraitin olmadığı görünür.

Məsələ ilə bağlı Bizimyol.info “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyevadan açıqlama alıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.

Bu təcili yardım avtomobilləri regionlar üzrə paylanılması üçün bölgü aparılıb və yaxın günlərdə xəstəxanalara təqdim ediləcəkdir. Onu da qeyd edək ki, ölkədə təcili tibbi yardım avtomobillərinin çox hissəsi COVID-lə mübarizəyə cəlb edilib”,-deyə R.Əliyeva bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »