Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusu sağaltmaq üçün pişik dərmanından istifadə oluna bilər

Kanadalı alimlər pişiklərdə viruslu peritoniti sağaldan dərmanın qeyri-adi effektini aşkarlayıblar. Preparat yeni növ koronavirusun əsas fermentinin işini zəiflədə bilir.

Bizimyol.info-nun məlumatına görə, bu barədə Daily Mail qəzeti məlumat yayıb.

Pişik

Alimlərin araşdırmaları zamanı məlum olub ki, pişik peritoniti xəstəliyi ilə mübarizə məqsədilə hazırlanmış GC376 və GC373 preparatları koronavirusun artmasına yardımçı olan fermenti bloklayır. Araşdırmaçılar indi pişik dərmanını insanlar üzərində sınaqdan keçirməyi düşünürlər.

Bundan öncə isə Hindistan alimləri B12 vitamininin koronavirus xəstəliyinin yüngül ötüşməsində effektiv olduğunu demişdilər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »