Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada damarını doğrayan azərbaycanlı miqrantın 8-ci uşağı doğulub - Foto

Son illər xeyli azərbaycanlı Qərb ölkələrinə, xüsusilə Almaniyaya siyasi mühacirət üçün üz tutub.

Onların çox az hissəsi geri qayıdıb. Adətən, mühacirlər üçün geri qayıtmaq faciə sayılır. Hüseynovlar ailəsində də məsələyə belə yanaşıblar. Yeddi uşaq atası olan Səbuhi Hüseynov 2019-cu ilin fevralın 4-də Almaniya hökumətinin deportasiya qərarına etiraz olaraq damarlarını doğramışdı.

Səbuhi Hüseynov Səbuhi Hüseynov

Bizimyol.info xəbər verir ki, bu halda 9 nəfərlik ailənin Azərbaycana göndərilməsi təxirə salınmışdı. Ailə həmin hadisədən bir müddət sonra Fransaya köçüb və bu il 8-ci uşaq doğulub. Apreldə Hüseynovlar ailəsində üçüncü oğlan uşağı dünyaya gəlib.

Almaniyada damarını doğrayan azərbaycanlı miqrantın 8-ci uşağı doğulub - Foto

Səbuhi Hüseynov intihara cəhd edəndə onun həyat yoldaşı Könül Hüseynova mətbuata danışmışdı. O, “Kamaz” sürücüsü olan ərinin təzyiqlərlə üzləşdiyini, tamamilə işsiz və pulsuz qaldıqlarını söyləmişdi. Qadın buna görə Almaniyaya üz tutduqlarını demişdi.

Hüseynovlar ailəsi Kassel şəhərində məskunlaşmışdı. Amma mühacirət üçün göstərdikləri səbəblər tutarlı sayılmadığından, Almaniyada deportasiya qərarı çıxarılmışdı. Sonradan Fransaya üz tutan ailə 30 min nəfər əhalisi olan Mon-de-Marsan şəhərində məskunlaşıb. Hüseynovlara beşotaqlı mənzil verilib.

Son xəbərlər
Bütün xəbərlər »