Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST-ün Baş direktoru: "Pandemiya milyonlarla insanın psixi sağlamlığına güclü təsir edib"

Koronavirus milyonlarla insanın psixi sağlamlığına güclü təsir edib.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə deyib.

"Biz insanlar sosial varlıqlarıq və bütün səbəblərə görə bizim bir araya gəlmək istəməyimiz təbii və normaldır. Çoxlu yollar var ki, biz fiziki olaraq uzaq ola bilərik amma sosial cəhətdən bir-birimizə bağlı qalırıq. Bir çoxları üçün pandemiyanın səbəb olduğu sosial qarşılıqlı əlaqənin olmaması bu insanların psixi sağlamlığına güclü təsir göstərib. Pandemiya qorxu və narahatlıq baxımından milyonlarla insanın psixi sağlamlığına təsir edib. O psixi sağlıq xidmətlərinin fəaliyyətinə zərər verib", - deyə ÜST-ün baş direktoru bildirib.

Baş direktor əlavə edib ki, ÜST bu ilin sonunda psixi sağlamlığın təbliği mövzusunda virtual formatda qlobal tədbir keçirəcək.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »