Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin neftin qiymətinin bir az artmasını arzulayır

Neft qiymətləri Rusiyaya sərf etmir. Qonşu ölkədə dəfələrlə qeyd ediblər ki, yanacağın barelinin 42.6 dollardan aşağı olması büdcəyə çox böyük zərbə vurur.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin neftin qiymətinin bir az artmasını arzulayır. Dövlət başçısı “Rossiya 24” telekanalına müsahibədə yanacağın barelinin 46 dollara satılmasını da qənaətbəxş saymadığını söyləyib. Onun sözlərinə görə, qiymətin bir az yüksəlməsi yaxşı olardı.

Moskva Moskva, Rusiya / Foto: Pixabay.com

“Çətinliklərə baxmayaraq, ehtiyatlarımız artır. Bu da təhlükəsizlik yastığı yaradır. Amma istənilən halda neftin qiymətinin bir az artması prosesin xeyrinə olardı”,- Putin deyib.

Rusiya prezidenti ölkənin makroiqtisadi göstəricilərini sabit adlandırıb. Putin bildirib ki, qlobal səhiyyə böhranı il\ bağlı iqtisadiyyatdakı problemlərin ən yüksək həddi geridə qalıb. Dövlət başçısı illik inflyasiyanın 3.4 faizi keçməyəcəyini söyləyib.

Putin ümumdaxili məhsulun həcminin azalacağını etiraf edib. Prezident uzağı 5-6 faiz geriləmə olacağını deyib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »