Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sentyabrın uğur vəd etdiyi bürclər

Avqust son günlərini yaşayır. Sentyabr gəlişi ilə bir çox bürclərə uğur gətirəcək.

Bizimyol.info bütün bürclərlə bağlı proqnozları təqdim edir.

Qoç – Vədinə həmişə əməl etmək lazımdır. Çətinliklər olacaq. Hətta yorulmaq da mümkündür. Amma zəhmətlə çox çətinliyin öhdəsindən gəlmək olur. Hərdən yaxınlara qulaq asmaqda fayda var.

Qoç bürcü Qoç bürcü

Buğa – Köhnə tanışlarla görüşlər xoş keçəcək. Ümumiyyətlə, ay qənaətbəxş axarla yadda qalacaq. Qohumlarla, uşaqlarla asan dil tapmaq olacaq.

Buğa bürcü Buğa bürcü

Əkizlər – Hər hansı yüksək mövqeyə çatmaq üçün uzun yol gedilməlidir. Sentyabrda mövqeləri qorumaq zamanıdır. Maliyyə vəziyyətini çox da yaxşılaşdırmaq alınmayacaq.

Əkizlər bürcü Əkizlər bürcü

Xərçəng – Gərginlik olacaq. Xüsusilə iş yerində. Amma bu bürcdən olanlar vəziyyətdən səmərə ilə çıxa bilər. Borclar varsa, qaytarmaq gərəkdir.

Xərçəng bürcü Xərçəng bürcü

Şir – Çox diqqətli olmaqda fayda var. Sənəd işlərində buna xüsusi ehtiyac yaranacaq. Qohumlar və qonşularla münasibətlərdə də diqqətli olmaq lazımdır. Yeni iş təklifi gəlsə, imtina etmək məsləhətdir. Təbii ki, əvvəlki iş qaneedicidirsə.

Şir bürcü Şir bürcü

Qız – Öz imkanlarından yaxşı istifadə etmək yalnız uğur gətirə bilər. Həyatdakı yer barədə düşünməyin zamanı gəlib. Düşünülmüş, düz qərarlar verilməsi sonradan yaxşı nəticə ortaya qoyacaq.

Qız bürcü Qız bürcü

Tərəzi – Elə etmək lazımdır ki, sevimli insan sizə həmişə güvənsin. Sentyabrın xüsusilə ilk 18 günündə çoxlu xoş anlar bəxş edəcək günlər gözlənilir. Əyləncəyə çox pul xərclənəcək.

Tərəzi bürcü Tərəzi bürcü

Əqrəb – Yaradıcı yanaşma çox hallarda xeyir gətirir. Tale də bu bürcdən olanların üzünə güləcək. Qarşı cinsdən daha çox diqqət gözlənilir.

Əqrəb bürcü Əqrəb bürcü

Oxatan – Çoxdan hazırlanan layihələr qazanc gətirə bilər. Ayın sonlrında xərclər artacaq. Dostlarla görüş zövq verəcək.

Oxatan bürcü Oxatan bürcü

Oğlaq – İşdə maksimum fəallıq tələb olunacaq. Düzgün və vaxtında qidalanmaq məsləhətdir. Borclar haqda da unutmaq olmaz.

Oğlaq bürcü Oğlaq bürcü

Dolça – Sevimli insanla münasibətlər gərgin keçəcək. Ümumiyyətlə, sentyabr Dolçalar üçün arzuolunan ay sayılmalı deyil. Bu zaman kəsiyini birtəhər geridə qoymaq vacibdir.

Dolça bürcü Dolça bürcü | Foto: Pixabay.com

Balıqlar – Bu bürcdən olanlar təklikdə çox qalmasın. Bir çox şəxsi planları dəyişmək lazım gələcək. Ümumiyyətlə, payızda Balıqlar bir çox vacib qərarlar verməlidir.

Balıqlar bürcü Balıqlar bürcü
Son xəbərlər
Bütün xəbərlər »