Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertdən yeni tədris ili ilə bağlı açıqlama

Yeni tədris ilinin başlanması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün brifinqi keçirilir.

Brifinqdə Təhsil naziri Emin Əmrullayev iştirak edir və bu barədə məlumat verəcək.

Sosial şəbəkələrdə yeni tədris ilinin açılıb-açılmaması müzakirə olunur.

Mövzu ilə təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Bizimyol.info-ya bildirib ki, karantin rejimi tətbiq olunan və olunmayan şəhər və rayonlarda tədris prosesi vəziyyətə uyğun təşkil olunmalıdır.

“Düşünürəm ki orta və ali təhsil müəssisələrində dərslər distant formada təşkil oluna bilər. Yalnız bağçalarda, məktəbəqədər hazırlıq qruplarında, və ibtidai siniflərdə ənənəvi qaydada tədris prosesi başlanıla bilər.

Bugünki brifinqdə də təhsil naziri bu barədə məlumat verəcək.

5, 6, 7, 8 və 9-cu siniflərdə tədrisin qarşılıqlı formada keçirilməsi müzakirə olunur. Belə ki əsas fənnlərin məktəbdə tədrisi, digər fənnlərin isə onlayn formada davam etdirilməsi müzakirə mövzusudur”,-deyə E.Əfəndi bildirib.

Ekspert deyib ki, karantin rejiminin olmadığı şəhər və rayonlarda isə tədris ənənəvi formada təşkil oluna bilər: “Karantin rejimin olduğu şəhərlərdə isə təhsil müəssisələrinə daxil olan şəxslərin tibbi yoxlanılması, tibbi maskalardan istifadə etməsi lazımdır.

Eləcə də məktəblilərin parta arxasında tək-tək oturması təşkil olunmalıdır. Yoluxma faktı müəyyən olunmum şəxslərlə tədris onlayn formada təşkil olunmalıdır”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
Son xəbərlər
Bütün xəbərlər »