Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünyanın heç yerində 6 aylıq karantin tətbiq olunmayıb, bu anormaldır" - Həkimdən açıqlama

Yeni tədris ilinin başlanması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün brifinqi keçiriləcək.

Brifinqdə Təhsil naziri Emin Əmrullayev iştirak edəcək və bu barədə məlumat verəcək. Bu məqamda sosial şəbəkələrdə yeni tədris ilinin açılıb-açılmaması müzakirə olunur.

Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir?

Bu suala cavab tapmaq üçün Bizimyol.info-nun əməkdaşı həkim-farmakoloq Müşfiq Hüseynova müraciət edib.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Əyər fikir vermisizsə, artıq şəhərdə heç 10 adamdan 1-i maska taxmır. Halbuki hələ heç nə bitməyib. Bunun səbəbləri var. Birinci səbəb, insanların uzunmüddətli, analoqsuz karantin rejimindən nəinki yorulması, hətta qıcıqlanmasıdır. Dünyanın heç bir yerində 6 aylıq karantin rejimi tətbiq olunmayıb. Bu anormaldır. Bunun əvəzində karantin hər biri 20 gün olmaqla 2-3 yerə bölmək olardı”,- deyə M.Hüseynov bildirib.

Həkim deyib ki, Bakıda tibbi maskanın istifadə edilməməsinin səbəbi də mental düşüncədir: “Son günlər keçirdilən toy və şadyanalıq mərasimləri, orda heç bir sosial məsafənin və maskanın olmaması, istər istəməz insanlara psixoloji təsir edi. Niyə onlara heç nə olmur fikri önə çıxır.

Üçüncü səbəb təbii ki, maddidir. Gündə bir neçə dəfə dəyişməyə məcbur olduğun maskanın 30 qəpiklik qiyməti kifayət qədər baha sayılır. İnsanlar fiziki, mənəvi, psixi və nəticədə həm də maddi bitmiş durumdadırlar.

“Mən olsam nə edərdim?” sualına, mən hələ iyulun 5 də cavab vermişdim. Yenə fikrimdə qalıram. Toylar və yaslar xaricində, qapalı məkankarda və ictimai nəqliyyatda maska taxmaq şərtilə hər şey və hər cür fəaliyyət bərpa edilməlidir. Bütün biznes strukturları, idman, gözəllik, fitness və başqa məkanlar açılmalıdır”.

M.Hüseynov deyir ki sentyabr ayına barmaqla sayılacaq günlər qalıb, amma hələ bəlli deyil, dərslər necə olacaq?

“Məktəblərdə tədris mütləq bərpa olunmalıdır. Fikrimcə distant təhsil ancaq 9-11 siniflərə və 3-5 kurs unuversitetlərə tətbiq oluna bilər. Hələ məktəb nədir bilməyən 6 yaşlı uşağa heç bir müəllimə planşetdən dərs keçə bilməz. Ailələrin çoxunun nə buna ayrılası pulu, nə əlavə otağı, nə də şəraiti var. Bütün bu sonu görünməyən və nəticəsi bəlli opmayan problemləri insanları psixologi gərgin vəziyyətdə saxlayır. Nazirlər Kabineti yanında Operativ Qərargah bunu düşünməlidir. İnsanları qorumaq lazım deyil artıq. İmkan verin hər kəs özü-özünü qorusun. Karantino nəinki uzatmağa gərək yoxdur, onu müəyyən yasaqlar saxlamaqla ləğv etmək lazımdır. Yoxsa yığılmış mənfi enerji mütləq bir yerdə partlayacaq”,-deyə M.Hüseynov bildirib.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »