Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitənin növbəti iclası keçirilib

Bu gün TƏBİB-in İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, onlayn formatda keçirilən iclasda TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in Tibbi xidmətlər departamentinin müdiri Firəngiz Əliyeva, Komitənin sədri, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru, t.e.d. Akif Qurbanov və üzvlər iştirak edib. İclasda koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki vəziyyət, “COVID-19 virusuna qarşı endogen müdafiə resurslarına əsaslanan müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsi, COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar və s. mövzularda müzakirələr aparılıb.

​Sonda, Azərbaycanda COVID-19 vaksininin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib.

Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq Əmri ilə COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb.

Ramid İbrahimov
Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› Çoban Xanışın iki nəvəsi şəhid oldu
Son xəbərlər
Bütün xəbərlər »