Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Payız proqnozları

Biz qarşıdan gözləyənlər və bizim gözləntilərimiz haqda

Avqust ayı sona çatır. Bu səbəbdən insanlarda sual yaranır: görəsən, xüsusi karantin rejimi yenə də uzadılacaqmı? Məlumdur ki, sərtləşdirilmiş karantin rejimi mərhələlərlə yumşaldılıb. Bu il mayın 5-də sərtləşdirilmiş karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra sonrakı aylarda koronavirusa yoluxma və ölüm hallarının artımı müşahidə olundu; yoluxma ikirəqəmli göstəricidən üçrəqəmliyə qalxdı. Hətta az qala 1000-ə yaxınlaşmaq təhlükəsi vardı. Ölüm halları da bəzi günlərdə birrəqəmli göstəricidən ikirəqəmliyə yüksəldi. Ölkədə bir çox tanınmış şəxslər də daxil olmaqla, xeyli insan bu virusun qurbanı oldu.

Hökumət bununla bağlı bir sıra addımlar atdı; yeni modul tipli xəstəxanaların qurulmasından tutmuş xaricdən mütəxəssislərin cəlb olunmasına qədər. Eyni zamanda bu bir neçə ay ərzində Azərbaycanın öz tibb alimlərinin, həkim mütəxəssislərin də əldə etdiyi təcrübə vardı. Son həftələrdə biz yoluxma və ölüm hallarının kəskin azaldığını, sağalanların sayının kəskin artdığını gördük. Hətta ölüm faktının sıfır həddinə düşdüyünün də şahidi olduq. Bunun nəticəsi olaraq avqustun 5-dən sonra sərtləşdirilmiş karantin rejimi yumşaldılmağa başladı. Əhalinin qaydalara əvvəlkindən daha məsuliyyətlə yanaşması, hökumətin verdiyi çevik reaksiyalar da buna səbəb olmuşdu. Ancaq bütövlükdə karantin qaydalarına əməl olunmasında hələ də problemlər var. Bu da yoluxma və ölum hallarının yenidən çoxalmasına səbəb oldu. Əlbəttə ki, rejimin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır; təəssüf ki, bir çox hallarda bu yumşalmadan sui-istifadə, hələ də qüvvədə olan qadağaların, verilən tövsiyələrin nəzərə alınmaması halları var. Beynəlxalq təcrübə də göstərir ki, karantin rejiminin əsaslı olaraq yumşaldıldığı və xüsusilə, ləğv edildiyi ölkələrdə koronavirusa yoluxma və ölüm halları yenidən və bəzi hallarda kəskin artıb. Buna misal olaraq, virusun ilk dəfə yayıldığı Çinin özünü, COVİD-19-la mübarizədə müsbət nəticə əldə etmiş Cənubi Koreyanı, eləcə də, Almaniyanı və bir sıra başqa ölkələri misal gətirmək olar. Hazırda xəstəliyin tüğyan etdiyi Braziliyada indiki ağır durumun yaranmasına səbəb virusla mübarizə qaydalarına etinasızlıq öz rolunu oynayıb. Bunu bir sıra başqa ölkələr haqqında da demək olar.

Azərbaycan Azərbaycan son günlərdəki artım dinamıkasına baxmayaraq yoluxma və ölüm saylarının azlığına, eləcə də, yoluxanlara nisbətdə sağalanların çoxluğuna görə ən yaxşı nəticələr əldə etmiş ölkələrlə bir sıradadır. Etiraf etmək lazımdır ki, ilk gündən dövlətin sistemi addımları olmasaydı, vəziyyət indikindən daha çətin olardı. Bizi İtaliya, İspaniya, bugünkü Braziliya olmaq təhlükəsi gözləyirdi. Bu təhlükənin qarşısı vaxtında alındı. Ölkə Prezidenti bu məsələ ilə şəxsən və hər gün məşğuldur, müsbət nəticələr varsa, bunun səbəbi dövlətin apardığı mübarizə və əhalinin qoyulan qaydalara əsasən əməl etməsidir. Bu amillər ikisi bir yerdə olduqda COVİD-19-un hücumunu azaltmaq, dayandırmaq, hətta qalib gəlmək mümkündür. Unutmamalıyq ki, insanları koronavirusdan qorumaq yalnız dövlətin üzərinə və ya əksinə yalnız əhalinin öhdəsinə buraxılsa, bu gün ölkədə çox nəhəng iqyaslarda faciələr yaşanardı. Avqustun 5-dən başlanmış yumşalmalar da məhz dövlət-vətəndaş müttəfiqliyinin nəticəsi olub.

Koronavirus

Ancaq arxayınlaşmaq olmaz. Düşmən hər an və hər yerdə hücuma keçə bilər. Bu günə əldə olunmuş nəticə hələ təhlükənin arxada qalması demək deyil; qarşıda bizi gözləyən payız və qış mövsümlərinin nələr gətirəcəyini bilmirik. Payız və qış mövsümlərind müxtəlif xəstəlikkər aktivlşir. Orqanizmi, immun sistemi zəif olan insanlar cürbəcür xəstəliklərin hücumuna məruz qalır, daha zəiflər böhranı çox ağır keçirir, hətta həyatını itirir. Bəzi insanlarımız bir çox hallarda qadağalardan, məhdudiyyətlərdən bezdiklərini, yorulduqlarını, daha dözə bilmədiklərini, nəinki sərtləşdirilmiş karantin rejiminə qayıdılmamasını, hətta bütövlükdə xüsusi karantin rejiminin aradan qaldırılmasını istəyirlər. Hətta bunun bir dəfəyə və birdəfəlik ləğvini tələb edənlər də var. Ancaq nəzərə almaq lazımdır ki, başqa ölkələrin acı təcrübəsi bir yana, bizim mayın 4-dən – məhdudiyyətlərin bir çoxu aradan qaldırıldıqdan sonrakı dövrdə qarşılaşdığımız öz ağır fəsadlarla dolu təcrübəmiz var. Karantin qaydalarında sərtləşdirilmə və yumşadılma hansısa şəxsi mülahizəyə, hansısa istəyə, yaxud şəxsi iradəyə görə baş vermir. Bu addımların hamısı sanitar-epidemioloji vəziyyətin dərindən və hərtərıfli təhlilinə əsaslanır. Əgər yoluxma və ölüm göstəricilərində azalma müşahidə edilirsə, bu, hələ o demək deyil ki, dinamika həmişə belə davaç edə bilər. Əgər vəziyyətə nəzarət edilməsə, əks proseslər hər an başlayır, nəticələr daha da pisləşir və vəziyyət daha da ağırlaşır. Ona görə də COVİD-19-la mübarizənin mərhələlərlə, hətta dalğavari xəttlə aparılmasının məntiqi var; xəstəliyin dinamikası bir neçə gün müsbətdirsə, buna uyğun olaraq karantin rejimindən birdəfəlik imtina etmək doğru ola bilərmi?! Əlbəttə ki, yox!

Bu son dinamikalara baxdıqda, karantin rejimi ilə bağlı iki istiqamətdə qərar verilə bilər: bəzi yerlərdə xüsusi karantin rejiminin yumşaldılması, bəzi yerlərdə isə, əskinə uzadılması mümkündür. Proqnozlara görə, payız ayları üçün Bakı, Sumqayıt və Bakıətrafı (yəni Abşeron rayonu) bölgələrində xüsusi karantin rejiminin sentyabr və oktyabr aylarnda davam etməsi gözləniləndir. Bu ayların nəticələrinə görə sonrakı aylar üçün də qərar verilə bilər. Ancaq, məsələn, indiyə qədər müxtəlif mərhələlərlə xüsusi karantin rejimi altında olmu. 10 rayon “narıncı” zonadan, daha yumşaq rejimin olduğu “sarı” zonaya keçirilə bilər. Bunlar: Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonlarıdır. Bu şəhər və rayonlarda yoluxma səviyyəsi xeyli azalıb. Həmçinin vəziyyətdən asılı olaraq, təhsil sahəsində müəyyən tənzimləyici addımlar atıla bilər (yumşalmalar ola bilər). Dövlət ilk gündən əhalinin sağlamlığını və fiziki təhlükəzliyini bütün başqa məqsədlərdən daha üstün tutub. Bununla belə, xüsusilə, təhsillə bağlı yumşalalar da (təbii ki, vəziyyətə görə addım atmaq şərtilə) qaçılmaz görünür. Bununla yanaşı – xüsusi karantin rejimin daha da uzadıla biləcəyi qarşıdakı aylarda dövlətin ölkədə iqtisadi və sosial stabilliyi qoruyub saxlamaq imkanları var. Burda isə yenə də əsas şərtlərdən biri əhalinin özünün də öz sağlamlığını öz imkanları çərçivəsində qorumasıdır. Bir pasiyent təsəvvür edin, xəstələnə biləcəyini bilə-bilə özünü soyuqdan, yoluxucu viruslardan qorumur, yaxud xəstələnir, həkimə getmir, ya da həkimə gedir, amma onun yazdığı müalicə təyinatını bir tərəfə atıb öz bildiyi kimi hərəkət edir. Onun sonrakı durumunun necə olacağını proqnozlaşdlrmaq asandır; ağırlaşma, hətta letal son. Biz oturub vaksinin hazırlanacağı günü gözləsək, bütün antikoronavirus qaydalarını iqnor etsək, sonu necə olacaq?! Düşünmək belə qorxuludur. Belə bir deyim var: “Suda boğulanın xilası onun öz əlindədir”. Bir çoxları ilk vaxtlarda koronavirusun varlığına belə inanmırdılar. Sanki yüzlərlə insan itirməliydik ki, kimsə buna inansın. Biz də dəfələrlə yazırdıq ki, inansanız da, inanmasanız da, özünüzü qorumaq, qaydalara əməl etmək şərtdir. “Bir su səni aparırsa, ona “sel” deyəcəksən”. İnsan özünün həm həkimi, həm qənimi ola bilərsə, indiki halda və bütün zamanlarda birincini seçmək şansımız və öhdəliyimiz həmişə var. Xüsusilə, əgər biz hamımız eyni zəncirlə bağlanmışıqsa. Birimiz uçuurma yuvarlananda başqalarını da arxamızca apara bilərik. O “başqaları” dediklərimiz isə heç də başqaları deyil; ailəmiz, yaxınlarımız, çevrəmiz, tanıdığımız və tanımadığımız bütün insanlardır.

Bizimyol.info

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »