Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Könüllülük gənclərin yeni inkişaf modeli kimi

Son dövrdə ölkəmizdə könüllülük hərəkatı xüsusilə yüksək templə inkişaf etməkdədir. Gənclər aktiv fəaliyyətlərini müxtəlif qurumlarda mövcud könüllülər proqramlarına qoşulmaqla həyata keçirirlər.

2016-cı ildən keçirilən Formula 1 yarışlarının könüllülük proqramı da məhz gənclərin inkişafını təmin edərək onların yarışlara yüksək səviyyədə hazırlanması prosesini reallaşdırır. Bu işdə Bakı Şəhər Halqası Akademiyasında təşkil edilən xüsusi proqramlar böyük rol oynayır. Akademiyada gənclərin fərdi və peşəkar inkişafını təmin etməklə onların sağlam gələcək karyeralarının uğurlu şəkildə qurulması istiqamətində mühüm işlər görülür. Könüllülük prosesi gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, onların yeni bilik və bacarıqlara yiyələnməsi, yeni dostlar qazanması, fərdi və peşəkar bacarıqlarını inkişaf etdirməsi baxımından mühümdür.

Bu gün müxtəlif özəl və dövlət qurumlarının nəzdində könüllülük proqramları mövcuddur. Hər bir proqramın əsas məqsədi xidmət sahəsində könüllülərin dəstəyindən istifadə etməklə bu sahəni daha da gücləndirməkdir. Sözsüz ki, könüllülər fəaliyyətə başlamazdan əvvəl bu istiqamətdə ciddi seçim mərhələsindən keçir, xüsusi təlim və seminarlarda iştirak edirlər. Məhz belə təlim və seminarlar vasitəsilə könüllülər yeni biliklər əldə edir və bu bilikləri sonradan peşəkar fəaliyyətlərdə tətbiq etmək şansı qazanırlar.

Təsadüfi deyil ki, bu gün bir çox özəl və dövlət qurumu yeni kadrları işə cəlb edərkən onların könüllü fəaliyyətində iştirakı ilə maraqlanırlar. Kadrın könüllü fəaliyyətinin olması onun məsuliyyətinin, vaxtını səmərəli keçirdiyinin və komandada işləmə bacarığına yiyələndiyinin birbaşa göstəricisidir.

Könüllülük eyni zamanda ölkəmiz və xalqımız üçün vacib olan məsələlərdə bir səsdən çıxış edə bilməkdir. Tovuzda baş verən son hadisələrdə bütün fəal gənclər kimi könüllülər də sakit dayanmadılar, sosial şəbəkələrdə virtual müharibəyə qoşularaq ölkəmizin maraqlarının təmin olunması istiqamətində əllərindən gələni etdilər və hal-hazırda da bu sahədə yorulmadan işlərinə davam edirlər.

Könüllülük gənclərin inkişafı üçün mühüm platformadır və bu platforma bilikli, bacarıqlı, məsuliyyətli və ən əsası vətənpərvər gənclərin yetişməsində əvəzolunmaz rol oynayır.

İranə Əhmədova

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan resursları və işçi qüvvəsi şöbəsinin və BŞH Akademiyasının rəhbəri

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »