Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xızıda dağlıq ərazidə yanğın olub

Fövqəladə Hallar Naziriyinin "112" qaynar telefon xəttinə Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, FHN-dən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ounub.

Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »