Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Laçi"nin baş məşqçisi: "Keşlə"nin zəif tərəfləri də var"

"Son məşqimiz yaxşı keçdi, hər şey normal vəziyyətdə idi. İki həftədən çoxdur ki, hazırlaşırıq. Son gündə "Keşlə" ilə oynayacağımız stadiona uyğunlaşmaq istədik".

Bu fikirləri Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Keşlə" ilə matçdan öncə yerli "Panoramo" nəşrinə müsahibəsində deyib.

47 yaşlı mütəxəssis bildirib ki, futbolçulardan öz oyunlarını sərgiləmələrini tələb edib. Albaniyalı baş məşqçi deyib ki, oyunçuların son mövsümdəki kimi xarakter göstərmələrini gözləyir: "Bu baş verərsə, daha da irəli gedə bilərik. Rəqibin zəif tərəfləri ilə yanaşı, güclü cəhətləri də var. Amma unutmayın ki, komandamız kollektiv şəklində güclüdür".

Kunqu "Qarabağ"ın aybaniyalı sabiq futbolçusu Ansi Aqollidən hansısa məlumat almasına da münasibət bildirib: "Bu idmançıya təşəkkür edirəm. Aqolli hər zaman dostlarına kömək etməyə hazırdır. O, qürur hissi keçirdiyimiz albaniyalıdır".

Qeyd edək ki, bu gün "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.(Report)

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »