Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Milli Qvardiyanı Viskonsinə göndərir

ABŞ səlahiyyətliləri iğtişaşların olduğu Viskonsin ştatının Kenoşa şəhərinə asayişi qorumaq və ictimai qaydanı bərpa etmək üçün federal qüvvələri və Milli Qvardiyanın əsgərlərini göndərəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Amerika küçələrində soyğunçuluq, yanğın, zorakılığa və qanunsuzluğa dözməyəcəyik. Komandamın üzvləri Evers (Viskonsin qubernatoru Toni Evers – Red) ilə telefonda danışıb və o, federal yardımı qəbul etməyə razılıq verdi” Tramp bildirib.

Qeyd edək ki, 23 avqust tarixində afroamerikalı Ceykob Bleyk mübahisə edən iki qadını ayırmağa çalışıb. Hadisə yerinə polis cəlb olunub. Bleyk hüquq mühafizəçinin tələblərinə əməl etməyərək avtomobilinə əyləşməyə çalışıb. Onun nəqliyyat vasitəsinə minməsinə mane olmaq istəyən polis elektroşokerdən istifadə edib və silahdan atəş açıb.

Buna etiraz edən ştatın əhalisi nümayişlər keçirməyə başlayıb. Daha sonra etirazlar iğtişaşlarla əvəzlənib. Qubernator Evers bölgədə fövqəladə vəziyyət elan edib.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
Son xəbərlər
Bütün xəbərlər »